7 yanğınsöndürən maşın qaçırılıb

7 yanğınsöndürən maşın qaçırılıb

Qazaxıstanda 7 yanğınsöndürən maşın qaçırılıb və onlardan zireh maşını kimi istifadə edilib. SİA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yeddi yanğınsöndürən maşın qaçırılıb və hökumət binalarına hücum zamanı onlardan istifadə edilib", deyə mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, bütün bu təhlükələrə baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 81 yanğın söndürülüb. Eyni zamanda, 143 nəfər xilas edilərək təhlükəli zonalardan təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyi vurğulayır ki, istisnasız olaraq bütün bölgələrdə növbətçi xidmətlər fasiləsiz işləyib, yanğınlar barədə məlumat daxil olub və yanğınsöndürənlər qeyd-şərtsiz yola salınıb.

Xatırladaq ki, bir qədər əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin ən azı on əməkdaşının ölkədə baş verən iğtişaşlar nəticəsində xəsarət aldığı bildirilirdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə