Fransada koronavirusa yoluxanların sayı yenidən 300 mini keçib. Fransa Səhiyyə Nazirliyindən verilən açıqlamada, son 24 saatda ölkə daxilində 328 min 214 yeni yoluxma aşkar edildiyi, ümumi yoluxma sayının isə 11 milyon 511 min 452-yə yüksəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Covid-19 səbəbi ilə son 24 saatda 193 nəfərin həyatını itirdiyi ölkədə ümumi can itkisi 125 min 206 nəfərə çatıb.
Yanvarın 5-də ölkədə 332 min 252 yoluxmanın aşkarlanması ilə epidemiyanın başlanmasından bu günə qeydə alınan ən yüksək gündəlik yoluxma olub.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB