Atışma səsləri eşidilib SƏHƏR SAATLARINDA

Atışma səsləri eşidilib SƏHƏR SAATLARINDA

Qazaxıstanın Taldıkorqan şəhərindəki istintaq təcridxanası ərazisində səhər saatlarında atışma səsləri eşidilib. SİA xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.

Sputnik Qazaxıstan müxbiri cümə günü axşam saatlarında istintaq təcridxanasının ərazisində atışmaların olması barədə də məlumat verib. Sonra o, dəqiqləşdirib ki, Daxili İşlər Nazirliyi ona istintaq təcridxanasına hücum barədə məlumatı təsdiqləyib, bu hücum dəf edilib.

"Taldıkorqanda səhər saatlarında istintaq təcridxanasının ərazisində atəş səsləri eşidilib", deyə agentlik şənbə günü elə səhər saatlarında bildirib.

Qeyd olunur ki, şəhərdə qalan vəziyyət stabildir, internet, şəhər və mobil telefonlar işləmir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Sonra çıxışlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayıldı: orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik işçisi həlak olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə