Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş zərərin məbləği şənbə günü səhər saatlarına qədər təxminən 203 milyon dollara çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin “Atameken” Milli Sahibkarlar Palatası məlumat yayıb.
Qeyd olunur ki, respublikada iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği cümə günü axşam saatlarına qədər təxminən 200 milyon dollar təşkil edib. Ölkənin on regionunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Alma-Atada 789 subyekt və 950 obyekt zərər çəkibdir.
“Yanvarın 8-i saat 9.00-a ümumi zərərin məbləği təxmini hesablamalara görə, 88,1 milyard tengedən (Almatıda - 86,8 milyard tenge) çox olub”, deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, respublikanın on rayonunda 920-yə yaxın təsərrüfat subyekti və 1091 obyekt, o cümlədən Alma-Atada 856 subyekt və 1027 obyekt müəyyən edilib.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum etdilər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik işçisi həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB