Qazaxıstanın Aktau şəhərində ictimai nəqliyyat fəaliyyətə başlayıb. SİA xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
Sputnik Qazaxıstan müxbirinin verdiyi məlumata görə, yanvarın 2-dən davam edən etiraz aksiyaları səbəbindən avtobuslar 6 gündür xəttə çıxmır.
"İntımakın mərkəzi meydanına cəmi iyirmi nəfər toplaşıb. Çox güman ki, onlar gecədən orada qalıblar", deyə müxbirin məlumatında bildirilir.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Sonra çıxışlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik işçisi həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB