Qazaxıstanın paytaxtı Nur-Sultanda internet yenidən əlçatan olub. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyinin yerli müxbiri məlumat yayıb.
Qeyd edək ki, cümə axşamı səlahiyyətlilər interneti bağlayıblar, sonra bir neçə saat açılıb və təxminən yarım saatdan sonra yenidən internet ölkə paytaxtında əlçatmaz olub.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Sonra çıxışlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayııb, silahlılar dövlət qurumlarına hücum etdilər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 18 təhlükəsizlik işçisi həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB