Bolqarıstan 2024-cü ildə avroya keçəcək

Bolqarıstan 2024-cü ildə avroya keçəcək

2024-cü il yanvarın 1-dən Bolqarıstan avroya keçəcək.

SİA xəbər verir ki, bunu Bolqarıstanın baş nazirinin müavini və maliyyə naziri Asen Vasilyev ölkə parlamentində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkə avronun dövriyyəyə buraxılmasına texniki cəhətdən hazırdır, yalnız həllini gözləyən kiçik məsələlər qalır.

Vasilyev vurğulayıb ki, avroya keçiddən beş ay əvvəl və ondan sonrakı bir il ərzində mağazalardakı qiymətdə hər iki valyutada məbləğlər göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə