Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Əmreyevlə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri qurumun mətbuat katibliyi yayıb.
Qeyd olunub ki, baş katib və xarici işlər naziri Qazaxıstan hakimiyyətinin ölkəyə tam nəzarəti və sabitliyi bərpa etmək səylərini müzakirə ediblər.
Baş katib Qazaxıstan hökumətinin ölkədəki vəziyyətlə bağlı həyata keçirdiyi tədbirlərin TDT tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb və təşkilata üzv dövlətlərin lazım olduğu təqdirdə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB