“Türkiyəli aktyor Can Yamanın xarici sevgilisdən ilə ayrıldığı iddia edilib”

“Türkiyəli aktyor Can Yamanın xarici sevgilisdən ilə ayrıldığı iddia edilib”

Türkiyəli aktyor Can Yaman italyan idman diktoru Diletta Leotta ilə eşq yaşayırdı. Diletta Leotta İtaliyada qatıldığı verilişdə Can Yamanla ayrıldığını açıqlayıb. "Söyləməsəm Olmaz" verilişinin şərhçilərindən diqqətçəkən açıqlamalar gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Uzun müddətdir İtaliyada olan və axtardığı sevgini tapan Can Yaman (32) özündən iki yaş kiçik sevgilisi Diletta Leottaya evlilik təklifi etmişdi. Ötən aylarda Türkiyəyə gələn məşhur cütlüklərdən Can Yaman sevgilisini ailəsi ilə tanış edib. Bununla belə, ikilinin xoşbəxtliyinin bitdiyi iddia edilib. Bircan Bali, "Diletta Leotta İtaliyada bir verilişdə ağladı, dedi ki, ayrıldılar, üzüyünü çıxardı. Ağlayaraq ayrıldığını etiraf etdi".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə