Qazaxıstanın bütün ərazisində konstitusiya quruluşu bərpa olunub - Prezident
"Qazaxıstanın bütün vilayətlərində konstitusiya quruluşu bərpa olunub". Bunu ölkə prezidenti Kasım-Comart Tokayev terrorla mübarizə qərargahının iclası zamanı bəyan edib. SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti də məlumat yayıb.
Prezident qeyd edib ki, respublikanın hüquq-mühafizə orqanları gərgin iş aparır: “Ölkənin bütün bölgələrində əsaslı şəkildə konstitusiya quruluşu bərpa olunub. Yerli hakimiyyət orqanları vəziyyətə nəzarət edir”.
Onun sözlərinə görə, terrorçular hələ də silahdan istifadə edir və Qazaxıstan sakinlərinin əmlakına ziyan vururlar. Buna görə də antiterror aksiyaları “yargılılar tamamilə məhv edilənə qədər davam etməlidir”, - deyə Tokayev vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Qazaxıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları bütün şəhər meriyalarının binalarını nəzarətə götürüblər.
Qeyd edək ki, Qazaxıstanda qazın qiymətinin 120 təngəyə qalxması ilə bağlı yanvarın 2-də başlayan kütləvi etirazlar qısa zamanda iğtişaşlara və polislə toqquşmaya çevrilib. Yanvarın 4-də hökumət komissiyası qazın qiymətinin 50 təngəyə qədər endirilməsi barədə məlumat verib. Qazaxıstan prezidenti Kasım-Comart Tokayev yanacaq və ərzaq qiymətlərinin 180 günlük dövlət tənzimlənməsinin tətbiqini elan edib. O, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarına "bu terror təhlükəsinin" aradan qaldırılmasında Qazaxıstana köməklik göstərilməsi xahişi ilə müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB