Qazaxıstandakı iğtişaşlar zamanı 2 hərbçi ölüb, 216-sı yaralanıb

Qazaxıstandakı iğtişaşlar zamanı 2 hərbçi ölüb, 216-sı yaralanıb

Qazaxıstandakı iğtişaşlar zamanı Milli Qvardiyanın 2 hərbçisi ölüb, 216-sı yaralanıb. 50-yə yaxın hərbi texnika zədələnib. Bu barədə Qazaxıstanın rəsmi "Kazinform" agentliyi xəbər verir.

Qeyd edilir ki, Milli Qvardiyanın hərbi qulluqçuları hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütün şəhər və qəsəbələrində talan və iğtişaşların baş verdiyi ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsinə cəlb edilib.

Paytaxtın həyati əhəmiyyətli obyektləri və infrastrukturu mühafizəyə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə