Nur-Sultanda internetə çıxış bərpa edilib

Nur-Sultanda internetə çıxış bərpa edilib

Qazaxıstanda iğtişaşlar fonunda ötən gün axşam saatlarından etibarən Nur-Sultanda kəsilən naqilli internet bu gün bərpa olunub.

SİA xəbər verir ki, eyni zamanda, mobil internetə qoşulma hələ də mümkün deyil.

Ötən gün yerli vaxtla saat 19:40 radələrində şəhərdə internetə giriş mümkün olmayıb, mobil rabitə isə nisbətən stabil işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə