Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqın onu dəstəklədiyinə əmin olduğunu bildirib.
SİA xəbər verir ki, Prezident “Nə olarsa olsun, paytaxtda (Nur-Sultan) olacağam. Xalqın yanında olmaq mənim qanunlara əsaslanan borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə keçəcəyik. Biz bundan daha güclü çıxacağıq” deyib.
Televiziya kanallarında ictimaiyyətə müraciət edən Tokayev bildirib ki, aksiyalar zamanı nümayişçilər təhlükəsizlik qüvvələrinə geniş miqyasda hücum ediblər. Təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar olub. Etirazçılar “quldurlardan ibarətdir”.
Tokayev bildirib ki, etirazçılar əsgərləri döyüb, qadınları sıxışdırıb, mağazaları qarət ediblər.
Mövcud vəziyyətin Almatı əhalisinin təhlükəsizliyini təhdid etdiyini deyən Tokayev eyni vəziyyətin bəzi digər şəhərlərdə də yaşandığını və buna dözə bilməyəcəklərini bildirib.
Bu səbəbdən fövqəladə vəziyyət elan etdiklərini xatırladan prezident Tokayev “Bu, zəruri tədbirdir. Prezident kimi mən vətəndaşların təhlükəsizliyini, əmin-amanlığını, ölkənin bütövlüyünü təmin etməliyəm” deyib.
Bu tədbirlərin kifayət etmədiyini qeyd edən Tokayev xuliqan ünsürlərin hərəkətlərinin maliyyə dəstəyi ilə sui-qəsdçilər tərəfindən diqqətlə hazırlanmış planın mövcudluğunu ortaya çıxardığını bildirib.
“Prezident kimi, Təhlükəsizlik Şurasının sədri kimi bu gündən etibarən mümkün qədər müdaxilə etmək niyyətindəyəm. Bu məsələ mənə müraciət edən, canlarının, ailələrinin qorunmasını istəyən vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır. Bu məsələ ölkəmizin təhlükəsizliyi ilə bağlıdır”-Tokayev deyib.
Xalqın onu dəstəklədiyinə əmin olduğunu vurğulayan Tokayev yaxın vaxtlarda siyasi dəyişikliklərlə bağlı yeni təkliflərlə açıqlamalar verəcəyini və ölkədə islahatlarla bağlı mövqeyini dəyişmədiyini əlavə edib.
Qazaxıstan mətbuatının məlumatına görə, ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Nümayişçilər Almatıda qubernatorluq da daxil olmaqla dövlət müəssisə və təşkilatlarına basqın edərək 120-yə yaxın mağaza, 100-ə yaxın ofis, 200-ə yaxın restoran və kafeni qarət ediblər.
Almatı və Aktauya reyslərin dayandırıldığı, paytaxt Nur-Sultana uçuşların dayandırıldığı iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



