Kim Çen In barədə tənqidi yazıya görə KXDR vətəndaşlarından əlyazma nümunələri götürülüb
Kim Çen Ini tənqid etmək olmaz!

KXDR hakimiyyəti şəhərin küçələrindən birində ölkə rəhbəri Kim Çen Inın ünvanına tənqidi yazıdan sonra vətəndaşlardan əlyazma nümunələri tələb edib.

SİA xəbər verir ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin plenar iclasının iclası zamanı Pxenyanın nüfuzlu rayonlarından birində divara tənqidi sözlər yazılıb. Dekabrın 22-də qraffiti aşkar edildikdən sonra yerli hakimiyyət həmin yazını götürüb və ərazini mühasirəyə alıb.

Divarda “Kim Cen In pis adamdır. Sənin üzündən insanlar acından ölür” sözləri yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə