Sülhməramlıların Qazaxıstana yerləşdirilməsi sabah başa çatacaq

Sülhməramlıların Qazaxıstana yerləşdirilməsi sabah başa çatacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələrinin Qazaxıstana yerləşdirilməsi cümə günü başa çatacaq.

SİA xəbər verir ki, bu barədə təşkilatın baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.

“Düşünürəm ki, sabah gün ərzində biz bütün digər sülhməramlı birləşmələrimizin yerləşdirilməsini tədricən başa çatdıracağıq”, – katib deyib.

Zas qeyd edib ki, Rusiya sülhməramlılarının əsas qrupu artıq Qazaxıstandadır və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə