Nikaraquada zəlzələ baş verib

Mərkəzi Amerika ölkəsi olan Nikaraqua sahillərində güclü zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi açıqlamada, Nikaraquanın paytaxtı Manaquadan 99 kilometr cənub-qərbdə 30 kilometr dərinlikdə 6,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Zəlzələdə can və mal itkisinin olub-olmadığı hələlik məlum deyil.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə