Әli Bakiri: ‘‘Danışıqlar müsbǝt atmosferdǝ keçirilir’’

Әli Bakiri: ‘‘Danışıqlar müsbǝt atmosferdǝ keçirilir’’

İran xarici işlǝr nazirinin müavini vǝ baş müzakirǝçi Әli Bakiri Avstriyanın paytaxtı Vyanada aparılan nüvǝ müzakirǝlǝrin müsbǝt atmosferdǝ davam etdiyini deyib.

SİA xəbər verir ki, İranın rǝsmi İRNA xǝbǝr agentliyinin mǝlumatına görǝ, Bakiri nüvǝ müzakirǝlǝr çǝrçivǝsindǝ Rusiya, Çin, Almaniya, Fransa, İngiltǝrǝ nümayǝndǝlǝri vǝ Avropa İttifaqının xarici ǝlaqǝlǝr üzrǝ idarǝsinin baş katibinin müavini ilǝ ayrı-ayrılıqda görüşlǝr keçirib.

Görüşlǝrin müsbǝr atmosferdǝn keçdiyini bildirǝn Bakiri deyib: ‘‘Görüşlǝrdǝ müsbǝt irǝlilǝyişlǝr ǝldǝ olunub''.

Bakiri danışıqların uğurunun İrana qarşı sanksiyaların effektiv şəkildə aradan qaldırılmasından asılı olduğunu vurğulayıb.

Qeyd edǝk ki, Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək vǝzifǝli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin icrasının təmin edilməsi və Amerika Birləşmiş Ştatlarının sazişə qayıtması ilə bağlı nüvə danışıqları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə