Ümumdünya Səhiyyə Təşkilatından Covid-19-la bağlı yeni açıqlama gəldi

Ümumdünya Səhiyyə Təşkilatından Covid-19-la bağlı yeni açıqlama gəldi

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus, təşkilatın Cenevrədəki baş qərargahında qlobal səhiyyə ekspertləri ilə ilin ilk mətbuat konfransında bildirib ki, COVID-19-a yoluxma başlanandan bəri ən çox yoluxma halı qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Omikron” variantının xüsusilə peyvənd edilmiş insanlarda “Delta” ilə müqayisədə nisbətən yüngül təsirə sahib olduğunu ifadə edən Gebreyesus, “Eynən əvvəlki variantlar kimi “Omikron” da insanları xəstəxanaya yerləşdirir və öldürür. “Omikron” sunami effekti yaradır, çox sürətlə yayılır və bütün dünyada sağlamlıq sistemlərinə təsir edir”. “Omikron” səbəbiylə xəstəxanaların həddindən artıq sıx olduğunu qeyd edən Gebreyesus, kadr çatışmazlığı və sıxlıq səbəbiylə digər xəstəliklərdə “qarşısı alına bilən” ölümlərin meydana gəldiyinə diqqət çəkib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə