Paraqvayda insanlar panikaya düşüb

Paraqvayda insanlar panikaya düşüb

Paraqvayda ötən gün itkin düşdüyü bildirilən şəxsin cəsədi çayda tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə-tibbi ekspertizasında kişinin boğularaq öldüyü, üzündə və ayaqlarında dişləmə izləri aşkarlandığı bildirilib.

Yanvarın 2-də başqa bir insidentdə Asunsionun cənubunda, Paraqvay çayı yaxınlığında 22 yaşlı gənc piranhaların hücumuna məruz qalıb. Hücum zamanı vəhşi balıqların əlinə keçən gənc yoxa çıxıb. Hadisədən sonra ailəsi polisə müraciət edib və qısa müddət sonra tapılan gəncin meyitində dərin dişləmə izləri aşkarlanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə