Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi İngiltərənin cənub-qərbində yaşayan bir şəxsdə quş qripinin aşkar edildiyini bildirib. UKHSA-nın bəyanatında deyilib: “Quş qripinin quşdan insana keçməsi çox nadirdir və İngiltərədə əvvəllər yalnız bir neçə dəfə baş verib”. SİA xarici mətbuata istinadən xəbər verir ki, UKHSA bildirib ki, quş qripi olan şəxs uzun müddət evində və ətrafında dolaşan yoluxmuş quşlarla daimi təmasda olması səbəbindən quş qripinə tutulub. Quş qripinə yoluxan şəxsin hazırda evdə özünü təcrid etdiyi və vəziyyətinin yaxşı olduğu bildirilərkən, həmin şəxsin bütün təmaslarının nəzarətdə saxlanıldığı, qripin başqalarına keçmədiyi vurğulanıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB