İsraildə koronavirus hallarının sayı rekord həddə çatıb

İsraildə koronavirus hallarının sayı rekord həddə çatıb

İsraildə son 24 saat ərzində 16 min 115 covid-19 hadisəsi aşkar edilərək yeni rekord qırılıb. SİA xarici mətbuata istinadən bildirir ki, dünyada sürətlə yayılmağa davam edən covid-19 epidemiyasında İsraildən rekord xəbər gəlib.

Son məlumatlarla ölkədə ümumi yoluxma sayı 1 milyon 440 min 771-ə yüksəlib. Son 24 saatda covid-19 səbəbi ilə həyatını itirənlərin sayı 6 olaraq açıqlanarkən, ümumi can itkisi 8 min 253-ə çatıb. Ölkədə ağır xəstələrin sayı 125-dən 134-ə yüksəldiyi halda, aktiv xəstələrin sayı 72 min 34-ə yüksəlib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə