...Sən demə, nə Türkiyə, nə də Azərbaycan ermənilərlə “barışıq” kontekstində əsas məqsədlərindən birini və bəlkə də ən əsasını gizlətmirlər: Ermənistanı nə yolla olursa, olsun xarici diaspordan qoparmaq...
Deyim ki, yenə də sən demə, ermənilər bunu lap əvvəldən kəşf etsələr də, amma nədənsə indi bəyan edirlər. Hətta onlar bununla bağlı kifayət qədər “əsaslı faktlar”a da sahib olduqlarını göstərə bilərlər, təbii ki, istəsələr. Amma hələ ki, istəmirlər. Özləri demiş, oturub baş verənlərin sonunu gözləyirlər...
Amma maraqlıdır ki, onlar Nikolun səlahiyyətli nümayəndəsinin erməni diasporundan “icazəsiz” türklərlə bir masa arxasında oturacağını heç cür qəbul etmək istəmirlər. Bunula bağlı onlar hətta indi “bəyənmədikləri” sabiq Serjık Sarkisyanı da nümunə kimi göstərməkdən çəkinmirlər. Məsələn, yadınızda olar, o vaxt ermənilər Sürix protokollarının imzalanması ərəfəsində və imzalmadan ondan sonra Serjikin ermənilərin əsas diaspor mərkəzlərinə etdiyi ziyarətləri Nikola xatırladıb, heç olmasa ondan nümunə götürməyi tövsiyə edirlər. Onlar Paşinyana onu da xatırladırlar ki, həmən vaxt “erməni soyqırımı” nəticəsində formalaşmış diasporun təbii reaksiyası hakimiyyətə əsl erməni mövqelərindən əl çəkməməyə imkan verdi. Guya sonradan “soyqırımın” 100-cü ildönümü ilə bağlı keçirilən “genişmiqyaslı” tədbirlər isə bir daha Türkiyə hökumətinə göstərib ki, milyonlarla erməninin qanı ilə bazarlıq etmək olmaz.
Ermənilərə görə, təəssüf ki, Paşinyan hələ bunu “qavramayıb”. Əslində, onlara görə, Paşinyan qarşıda onu gözləyən daxili və xarici təzyiqlərə tab gətirə biləcəyi ilə bağlı hesablamalardan halidir. Yəni o, birmənalı olaraq dərk edir ki, hakimiyyəti itirəcəyi təqdirdə dövlətə xəyanətdə və onlarla başqa cinayətlərdə mühakimə olunacaq.
Ona görə də o hazırda səlahiyyət müddətini uzatmaq üçün bütün mümkün və qeyri-mümkün vasitələrə əl atır. Yəni, onların dediyinə görə, qarşıdan gələn konstitusiya dəyişiklikləri də bu yolda növbəti addımdır.
...Amma bu gün ermənilər gündəlik problemlərlə nə qədər yüklənsələr də, cəmiyyətdəki kollektiv sarsıntısı hələ səngiməyib. Bunu da ermənilər deyir. Onlara görə, bu gün ölkədə aktiv küçə mübarizəsinin olmaması, ölkədə Nikolun çoxlu tərəfdarlarının olmasına dəlalət etmir.
Bəs, belə olan halda ermənilr üçün maraqlıdır, görən hazırda Türkiyə-Azərbaycan tandeminin xeyrinə, Ermənistanın isə maraqlarına ziyan vuran sürətli regional prosesləri görən xarici erməni diasporu niyə belə biganə davranır?
...Bax, ermənilər üçün bu hələ də müəmma olaraq qalmaqdadır...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB