“Qazaxıstana hər cür dəstəyi verməyə hazırıq”

“Qazaxıstana hər cür dəstəyi verməyə hazırıq”
"Qazaxıstanda həyatın normal axışına dönməsi üçün hər cür dəstəyi verməyə hazırıq”.

SİA xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri, Türk Dünyası Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım tviter hesabında yazıb.

“Son günlər Qazaxıstanda baş verən hadisələrin ölkənin sülh və sabitliyinə zərər vermədən başa çatmasını arzulayırıq. Türk Dövlətləri Təşkilatı ağsaqqalları olaraq Qazaxıstanla güclü müttəfiqliyimizi nəzərə çatdırmaq istəyirik. Hadisələrdə həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik”. Bunu da keçmiş Baş nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com