Belçikada bu yaxınlarda qəbul edilmiş qanunla artıq müdirlərin iş saatları xaricində işçilərlə ünsiyyətinə icazə verilməyəcək. SİA xarici mətbuata istinadən bildirir ki, fevralın 1-dən qüvvəyə minəcək qanunla işçilərin iş vaxtı xaricində əlaqəni kəsmək hüququ olacaq. Belçikada dövlət qulluqçuları artıq normal iş saatları xaricində rəhbərlərinin iş zənglərinə cavab verməli olmayacaqlar. Yeni qanuna görə, dövlət qulluqçuları iş saatları xaricində telefonlara cavab vermədikləri üçün və ya işlə bağlı mesajları oxumadıqları üçün zərər görməyəcək.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB