Yaponiyanın paytaxtı Tokionun şimalında, Toçiqi əyalətindəki zooparkda dünən baş verən pələng hücumunun təfərrüatları aydınlaşmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən saat 08:30-da 3 baxıcıya hücum edən Benqal pələnginin 10 yaşında, 2 metr uzunluğunda və 150 kiloqram ağırlığında olduğu açıqlanıb. Hücuma məruz qalan 20 yaşlarında olan 3 baxıcıdan birinin sağ əlini itirdiyi, digər 2 işçinin isə bədənlərinin müxtəlif yerlərindən yaralandığı öyrənilib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB