Nur-Sultanda bütün inzibati binalar mühafizəyə götürülüb

Nur-Sultanda bütün inzibati binalar mühafizəyə götürülüb

Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb.

SİA xəbər verir ki, bu barədə “Sputnik.kz” Qazaxıstan polis idarəsinin rəhbərinə istinadən xəbər verib.

“Qazaxıstanın paytaxtında bütün inzibati binalar ciddi mühafizəyə götürülüb” – PD (Polis Departamenti-red.) rəhbəri Yerjan Sadenov”, – agentlik öz teleqramında bildirib.

Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə