İranda daşqınlar nəticəsində 9 nəfər ölüb

İranda daşqınlar nəticəsində 9 nəfər ölüb

İranın cənubunda leysan yağışların sbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.\

SİA xəbər verir ki, İranın Milli Antiböhran İdarəsinin rəisi İsmayıl Neccar son sel və yağışlarda Fars əyalətində 5, Kirmanda 2, Sistan-Bəlucistan əyalətində 2 olmaqla, 9 nəfərin həyatını itirdiyini bildirib.

O, şiddətli yağışların 101 şəhər və 309 bölgəyə zərər vurduğunu xatırladıb. Qeyd edib ki, 17 əyalətdə vətəndaşlara yardımların çatdırılması davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə