Oğurlanmış 100-ə yaxın qadın və uşaq xilas edilib

Oğurlanmış 100-ə yaxın qadın və uşaq xilas edilib

Nigeriyada iki ay ərzində silahlı şəxslər tərəfindən qaçırılmış 100-ə yaxın qadın və uşaq xilas edilib.

Bu barədə jurnalistlərə ölkənin şimalındakı Zamfara əyalətinin polis rəisi Ayup Elkan məlumat verib.

O qeyd edib ki, xilas edilən şəxslər fiziki cəhətdən zəif, arıq görünürlər, paltarları cırılıb.

Elkanın sözlərinə görə, xilas edilənlərdən 19-u körpə, 21-i isə məktəblidir.

Bütün xəbərlər Facebook səhifəmizdə