Braziliya Prezidenti xəstəxanadan buraxılıb

Braziliya Prezidenti xəstəxanadan buraxılıb

Braziliya Prezidenti Jair Bolsonaru çərşənbə günü səhər saatlarında San-Paulouakı xəstəxanadan buraxılıb.

SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Onu müayinə edən həkimlər qrupu cərrahi əməliyyata ehtiyac oduğunu istisna edib.

Qeyd edək ki, Braziliya Prezidenti yanvarın 3-də xəstəxanaya yerləşdirilmişdi. Bolsonaru 2021-ci ilin iyulunda da eyni səbəbdən xəstəxanaya müraciət edib. O, 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb. Dövlət başçısı ölkənin cənubunda istirahətini yarımçıq qoymağa məcbur olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə