Әrǝb Liqası Sudandakı siyasi partiyalara çağırış edib

Әrǝb Liqası Sudandakı siyasi partiyalara çağırış edib

Ərəb Liqası Sudan Baş nazir Abdullah Hamdukun istefasından sonra ölkǝdǝki siyasi partiyaları dialoqa çağırıb.

SİA xəbər verir ki, Ərəb Liqasından verilən bǝyanatda Hamdukun vəzifədǝn getmǝklǝ bağlı qǝrarına hörmət edildiyi qeyd edilib.

Bəyanatda bütün tərəflərǝ Sudanın son iki il ǝrzindǝ əldə etdiyi nailiyyətləri qorumaqla bağlı çağırış edilib.

Әrǝb Liqası ölkǝdǝki böhranı hǝll etmǝk vǝ Sudan xalqının istəklərini yerinə yetirmək üçün məsləhətləşmə və konstruktiv dialoqun ǝhǝmiyyǝtinǝ diqqǝt çǝkib.

Bütün xəbərlər Facebook səhifəmizdə