İranda daşqınlar nǝticǝsindǝ ölənlərin sayı 9 nǝfǝrǝ çatıb

İranda daşqınlar nǝticǝsindǝ ölənlərin sayı 9 nǝfǝrǝ çatıb

İranın cǝnubunda yağan aramsız yağışların sǝbǝb olduğu daşqınlar nǝticǝsindǝ hǝyatını itirǝnlǝrin sayı 9 nǝfǝrǝ çatıb.

SİA xəbər verir ki, İranın Fəlakətlərin İdarəedilməsi Milli Təşkilatının sǝdri İsmail Neccar ölkǝnin cǝnubunda baş verǝn daşqınlarla bağlı mǝlumat yayıb.

İsmail Neccar deyib ki, son günlǝrdǝ baş verǝn daşqınlar nǝticǝsindǝ 9 nǝfǝr hǝyatını itirib.

Neccar hǝmçinin vurğulayıb ki, daşqınlar ölkǝnin 101 şǝhǝrindǝ vǝ 309 bölgǝsindǝ ciddi fǝsadlara sǝbǝb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə