Qazaxıstanın Manqistau vilayətindəki “Manqistaumunaigaz” Qazaxıstan-Çin neft hasilatı müəssisəsinin bir sıra işçiləri tətil keçirib. SİA xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.
“Manqistau vilayətində yerləşən Qazax-Çin müştərək neft şirkəti olan “Mangistaumunaigas” şirkətinin bəzi işçiləri tətilə başlayıblar”, deyə telekanalın məlumatında bildirilir.
Qeyd olunur ki, hazırda bu, müəssisənin məhsuldarlığına təsir göstərməyib.
Bildirilir ki, 2022-ci ilin ilk günlərində Qazaxıstanın qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qazın qiymətinin iki dəfə artırılmasına etiraz ediblər. Yaradılmış hökumət komissiyası bu qiymətləri endirməyə hazır olduğunu bildirsə də, etirazlar digər şəhərlərə də yayılıb. Belə ki, yanvarın 4-ü və 5-də Alma-Atada təhlükəsizlik işçiləri ilə toqquşma olub, polis qazdan və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.
Xatırladaq ki, prezident Kasım-Jomart Tokayev yanvarın 19-dək Mangistau və Almatı vilayətlərində, eləcə də Alma atada fövqəladə vəziyyət elan edib. Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib və bildirib ki, Nazirlər Kabineti etiraz situasiyasına icazə verməkdə xüsusilə günahkardır. O, həmçinin bildirib ki, indi Qazaxıstanın Təhlükəsizlik Şurasına rəhbərlik edir və birinci dövlət başçısı Nursultan Nazarbayevi bu vəzifədən uzaqlaşdırır. Bundan əlavə, dövlət başçısı hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb və yaxın vaxtlarda “yeni təkliflər paketi” ilə çıxış edəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB