Aİ Rusiya və ABŞ arasında danışıqlarda iştirak etməlidir BORREL BƏYAN EDİB

Aİ Rusiya və ABŞ arasında danışıqlarda iştirak etməlidir BORREL BƏYAN EDİB

Avropa İttifaqı Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlarda iştirak etməlidir, çünki onların gündəliyinə Avropa məsələləri və Ukrayna mövzusu daxildir. SİA xəbər verir ki, bu sözləri Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Donbasa səfərinin yekunlarına dair brifinq zamanı deyib.

"Rusiya ünsiyyət qurmaq istəyirsə, təbii ki, dialoq təşkil etmək lazımdır. Avropada təhlükəsizliklə bağlı məsələlər varsa, o zaman avropalılar da bu danışıqların bir hissəsi olmalıdır. Rusiyanın təklif etdiyi gündəmdə məsələlər var və bu Avropanın təhlükəsizliyinə aiddir. Ona görə də demək olmaz ki, biz bu ikitərəfli danışıqlardan narazıyıq. Düşünürəm ki, Rusiya danışıqlar aparmağı təklif etsə, bu, yaxşı fikir olardı. Lakin biz avropalılar, əgər məsələ Avropaya aiddirsə, bu danışıqların bir hissəsi olmalıyıq”, deyə Borrell bildirib.

O əlavə edib ki, bu bir günlük sual deyil, “həftələr və aylar” davam edəcək.

Xatırladaq ki, Ukrayna ətrafında yaranmış gərginlik fonunda Rusiya və ABŞ yanvarın 10-da Xarici İşlər Nazirliyinin nümayəndələri səviyyəsində strateji dialoq formatında görüş keçirməyi planlaşdırır. Yanvarın 12-də Rusiya-NATO Şurasının iclası, bir gün sonra isə ATƏT-in ərazisində çoxtərəfli görüş keçiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə