Qızını peyvənd vurdurmaq üçün İngiltərədən İtaliyaya apardı

Qızını peyvənd vurdurmaq üçün İngiltərədən İtaliyaya apardı

İngiltərənin Kent əyalətinin Maidstone şəhərində yaşayan Alis Kolumbo, İngiltərədə 12 yaşından kiçik uşaqlara Covid-19-a qarşı peyvənd edilmədiyi üçün İtaliya vətəndaşlığı olan 9 yaşlı qızı ilə İtaliyaya gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qızını “dünyanın ən qiymətli varlığı” olaraq xarakterizə edən Kolumbo, onu Covid-19-dan qorumaq üçün hər şeyi edəcəyini söyləyib. Qızının uzun müddətdir Covid-19-a yoluxmasından narahat olduğunu dilə gətirən Kolumbo, “Haqqında az bildiyimiz virusa xəstəlik şansı vermək əvəzinə, az məlumata sahib olduğumuz peyvəndi riskə atıram” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə