Əcəb şeymiş...bu yandan az qala dünya qarşısında “ah-nalə” çəkirlər ki, Azərbaycan tərəfi bizim filan qədər hərbçimizi əsir kimi öz türməsində saxlayır. Bu yandan da Azərbaycanın humanistlik göstərib geri qaytardıqları hərbi əsirləri İrəvana çatar-çatmaz qandallayıb basırlar içəri.
Özü də qandalladıqları hər bir qaytarılmış erməni əsirinə bir maddə oxuyurlar. Belə ki, ermənilərin İstintaq Komitəsi kiminə fərari, kiminə də ki, nə bilim, döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma maddəsi ilə iş açır. Ermənistana qaytarılan ermənilər də, dilə gətirməsələr də, amma baxışlarından elə bil, qayıtarıldıqlarına görə peşimançlıq çəkdikləri açıq sezilir.
...Yaxşı, deyək ki, qaytarılan hərbi əsirlərlə bağlı məsələ bəlli, yəni deyək ki, heç bir əsas olmasa da, onlar bizim erməni əsirlərindən “agent” hazırladıqlarımızdan şübhələnirlər(?).
Bəs onda bu gün ermənilər öz ölkələrində qarşılışdıqları bütün problem və çatışmamazlıqları bizim və ya türklərin adına yazmaqda məqsədləri nədir? Doğrudan da, əcəb şeymiş...
Odur, o gün ermənilərin iqtisadi idarəsinin səlahiyyətli rəhbəri var... Vahan Kerobyan yenə də nalə çəkir ki, bu gün bizim idarədəkilər əlbir olub nə qədər dartsaq da, ölkədəki inflyasiyanı cilovlaya bilmirik ki, bilmirik. Soruşanda ki, niyə, məlum olub ki, Türkiyə mallarının Ermənistana idxalına qoyulan qadağa ölkədə inflyasiyaya ciddi təsir göstərir.
Amma deyim ki, ermənilər burada da özlərini o yerə qoymaq istəmirlər.
Məsələn, yenə də o gün ermənilərin həmən iqtisadi idarə rəsmisi aşıqlama verərək bildirib ki, son bir ildə Türkiyə mallarının idxalına qoyulan qadağa ölkə və bu ölkədə yaşayanlara müsbətdən qat-qat çox, mənfi təsir göstərib. Belə ki, onun dediyinə görə, Türkiyə mallarının idxalı zamanı ölkənin yüngül sənaye, tikinti və mebel istehsalı, eləcə də aqrar sahələrdə müsbət irəliləyişlər qeydə alınıb.
Bununla yanaşı, Türkiyə mallarına qoyulan qadağa ölkədə inflyasiyaya da əhəmiyyətli təsir göstərib ki, bu, xüsusilə bir sıra istehlak malları baxımından özünü büruzə verib.
İnanın ki, bunu “yaradıcı”, Ermənistanı yaxın zamanlarda Cənubi Qafqazın İsraili edəcək bir xalqın səlahiyyətli nümayəndəsi etiraf edir.
Yaxşı, dediyimiz kimi, Azərbaycanın humanistlik göstərib ermənilərə qaytardığı hərbi əsirlərlə bağlı sizin xoflu niyyətiniz bəlli. Yəni siz bizim türmələrdə “yeyib-şişən” ermənilərin sonrakı əməllərindən “ehtiyatlanıb” İrəvana çatar-çatmaz onları qandallayırsınız. Bu, öz işiniz...
Bəs, onda sual olunur, bu gün ölkədən imkan tapıb qaça bilməyən milyon yarımlıq ermənini heç olmasa, inifilyasiyadan qorumaqda sizə mane olan nədir? Belə görünür ki, yenə də, türklərsiz işiniz aşmayacaq. Yoxsa, ötən ilin sonlarında, dəqiq desək, dekabrın 30-da Ermənistanın İqtisadiyyat Nazirliyi türk mallarının idxalını əvəz edəcək istehsal sahələri yaradan yerli sahibkarlara “Türkiyə mallarının idxalına qadağanı uzatmamaq” barədə yazılı müraciət etməzdi.
Qeyd edilməlidir ki, erməni səlahiyyətliləri burada da öz etiraflrını gizlədə bilməyiblər. Yoxsa, onların İqtisadiyyat Nazirliyi “...bizim iş adamları tərəfindən türk mallarının idxalına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı çoxlu müraciətlər və xahişlər olub” səpkili bir açıqlama ilə çıxış etməzdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB