ABŞ-da "Omikron" panikası yaşanıb

ABŞ-da "Omikron" panikası yaşanıb

Təxminən 2 ildir bütün dünyaya təsir edən koronavirus epidemiyasının yayılmasını artıran "Omikron" variantı ABŞ-a da zərbə vurub. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ Çikaqo Dövlət Məktəbi hadisələrin sayının artması səbəbindən məktəblərin bağlandığını və distant təhsilə keçdiklərini açıqlayıb. Distant təhsil qərarının böyük əzmlə, tələbə və cəmiyyətin təhlükəsizliyinə xüsusi diqqət yetirilərək qəbul edildiyi bildirilib.

ABŞ-da epidemiya başlayandan bəri yoluxma sayı 50 milyon 40 min 720, ölənlərin sayı isə 851 min 439 olaraq qeydə alınıb. Dünən ABŞ-da 1 milyon 83 min 948 Covid-19 hadisəsi qeydə alındıqdan sonra ölkədə yoluxma rekordu qırılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə