Avropalı tatuajçılar qoyulan qadağadan narahatdırlar

Avropalı tatuajçılar qoyulan qadağadan narahatdırlar

Avropa Birliyinin mürəkkəb istehsalında istifadə edilən minlərlə kimyəvi maddəyə qadağası tatuajçıları peşələrinin gələcəyi ilə bağlı narahat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çərşəmbə axşamı qüvvəyə minən qadağalara xərçəng və ya sağlamlıq problemlərinə səbəb ola bilən maddələr daxildir və əsasən rəngli mürəkkəbləri əhatə edir. AB rəsmiləri bu qaydaların sağlamlıq problemlərini azaldacağını bildirib. Bununla belə, tatuajçılar qadağan olunmuş maddələri əvəz edə biləcək mürəkkəbləri tapmaq asan olmadığından, tapılsa belə, müştərilərin axtardığı parlaqlığa və tona malik olmaya biləcəyindən şikayətlənirlər.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə