“Toyota” satış həcmində ilk dəfə “General Motos”u qabaqlayıb

“Toyota” satış həcmində ilk dəfə “General Motos”u qabaqlayıb

Yaponiyanın nəhəng “Toyota Motor” şirkəti ötən ilin nəticələrinə görə, tarixdə ilk dəfə ABŞ bazarında avtomobillərin satışında “General Motors” şirkətini qabaqlayıb.

SİA xəbər verir ki, bu barədə yanvarın 5-də NHK telekanalı məlumat yayıb.

Şirkətin rəsmi hesabatına görə, “Toyota” şirkəti 2021-ci ildə 2,33 milyon avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 10 faiz çoxdur. “General Motors” şirkəti isə həmin dövrdə cəmi 2,2 milyon ədəd avtomobil satıb və bu, 2020-ci ilin göstəricisindən 13 faiz azdır. Buna səbəb kimi yarmkeçiricilərin çatışmaması nəticəsində zavodların işinin dayanması göstərilir.

“Toyota” şirkətinin də ABŞ-da çətinliklərlə qarşılaşdığı, lakin bunun satışa az təsir göstərdiyi qeyd edilir. Ötən il əsasən hibrid avtomobillərin satışında artım olduğu bildirilir. Belə ki, 2020-ci illə müqayisədə belə avtomobillərin satışında 73 faiz (583 min ədəd) artım qeydə alındığı vurğulanır.

Əlavə olaraq qeyd edək ki, “General Motors” şirkəti ABŞ bazarında avtomobillərin satışına görə 1931-ci ildən bəri şəriksiz lider idi.

Bütün xəbərlər Facebook səhifəmizdə