Kiyev və London Rusiya ilə mümkün qarşıdurmanı müzakirə edib

Kiyev və London Rusiya ilə mümkün qarşıdurmanı müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba britaniyalı həmkarı Elizabet Trass ilə telefon danışığında Rusiya ilə qarşıdurma məsələsində mövqelərin əlaqələndirilməsini müzakirə edib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, diplomatlar Rusiyanın aqressiv hərəkətləri, NATO, ATƏT və Avropa İttifaqı vasitəsilə yaxın həftələrdə müxtəlif formatlarda keçiriləcək diplomatik danışıqlar fonunda Ukrayna və Böyük Britaniyanın mövqelərini razılaşdırıblar.

Böyük Britaniyanın xarici işlər naziri bildirib ki, ölkəsi rəsmi Kiyevə dəstəyini davam etdirəcək: “Ukraynasız Ukrayna ilə bağlı qərarların qəbul edilməməsi prinsipinə sadiqik”.

Bütün xəbərlər Facebook səhifəmizdə