Ukrayna Krım yaxınlığında döyüş atışlı təlimlər keçirir

Ukrayna Krım yaxınlığında döyüş atışlı təlimlər keçirir

Ukrayna kəşfiyyatçıları Krım Muxtar Respublikasının yaxınlığında döyüş atışlı təlim tapşırıqları yerinə yetirir.

SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisi ilə inzibati sərhəd yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyatçı döyüşçülər düşməni yaxın məsafədən dəf etmək üçün təlimlər keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə