ABŞ Prezidenti Cozef Baydenin reytinqi dekabrda yenidən rekord həddə – 44 faizə düşüb.
SİA xəbər verir ki, dekabrın 17-20-də 1 895 respondentin – qeydiyyatda olan 18 və yuxarı yaşda olan seçicilərin iştirakı ilə telefonla keçirilən sorğunun nəticələrinə görə, iştirakçıların 56%-i ABŞ Prezidentinin fəaliyyətini bəyənmir.
Tədqiqatda demokratlar və respublikaçıların demək olar ki, bərabər sayda tərəfdarının iştirak etdiyi qeyd edilir.
Baydenin populyarlığına dair əvvəlki antirekord keçən ilin sentyabrında qeydə alınıb. Respondentlərin 54%-i prezidentin işindən narazılıqlarını bildirib, sorğuda iştirak edənlərin 46%-i onu dəstəklədiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB