Nigeriyada girov götürülǝn şagirdlǝrdǝn 21-i xilas edilib

Nigeriyada girov götürülǝn şagirdlǝrdǝn 21-i xilas edilib

Nigeriyada dekabrın 31-dǝ girov götürülǝn şagirdlǝrdǝn 21-i xilas edilib.

SİA xəbər verir ki, bu barǝdǝ yerli polis mǝlumat yayıb. Polisin mǝlumatına ǝsasǝn, Bakura bölgǝsindǝ girov götürülǝn şagirdlǝrdǝn 21-i xilas edilib.

Mǝlumatda girov götürülǝn şagirdlǝrin sayı ilǝ bağlı ǝtraflı mǝlumat verilmǝyib. Mǝlumatda hǝmçinin cinayǝtkarların saxlanılması istiqamǝtindǝki ǝmǝliyyatların davam etdirildiyi qeyd olunub.

Xatırladaq ki, 2020-ci ilin 31 dekabr tarixindǝ müǝllimlǝri ilǝ birlikdǝ sǝyahǝt edǝn şagirdlǝr namǝlum şǝxslǝr tǝrǝfindǝn girov götürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə