Avropa İttifaqı (Aİ) “Covid-19” epidemiyası və enerji böhranı səbəbindən iqtisadi çətinliklər yaşayan Moldovaya 150 milyon avroluq maliyyə dəstəyi təmin edir.
SİA xəbər verir ki, Aİ Komissiyası Moldovanın xahişi ilə ölkəyə yeni makro maliyyə dəstək paketi hazırlandığını açıqladı.
Şərhdə bildirilir ki, Moldova epidemiya, enerji böhranı və ödəmə tarazlığı problemləri ilə əlaqədar çətin bir dövr yaşayır. Bununla bağlı olaraq Aİ Moldovaya 30 milyon avro hədiyyə ilə 120 milyon avro orta vədəli və uyğun şərtli kredit ayırır.
Qeyd edilib ki, Moldova sui-istifadə və hökumət daxili problemləri ilə təsirli mübarizə aparmalıdır.
Sözügedən maliyyə dəstəyinin qüvvəyə minməsi üçün qərar Avropa Parlamenti (AP) və Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB