230 mindən çox ev işıqsız qalıb YAĞAN QAR SƏBƏBİNDƏN

230 mindən çox ev işıqsız qalıb YAĞAN QAR SƏBƏBİNDƏN

Yanvarın 3-də ABŞ-ın şərq sahillərinə yağan güclü qar Vaşinqtonda 230 mindən çox ev və biznes obyktini işıqsız qoyub. SİA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, fırtına səbəbindən Vaşinqtonda bir çox məktəb və universitet bağlanıb, bir neçə min aviareys ləğv edilib. Təbii fəlakət təcili yardım xidmətləri istisna olmaqla, demək olar ki, bütün federal dövlət qurumlarında ictimai nəqliyyatı iflic edib.

Bildirilir ki, yağan bu qar ABŞ paytaxtı üçün bütün cari qış üçün ilk qar yağması olub. Onun təsirləri Virciniya, Merilend, Nyu Cersi və Şimali Karolina ştatlarında da hiss olunur. Çovğunun nəticələrindən ölən ilk qurbanlar haqqında da məlum olub.

Vaşinqtonun səlahiyyətliləri sakinlərə evlərini tərk etməməyi tövsiyə edir, çünki pis hava təhlükəli yol şəraiti yarada bilər.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden qar fırtınası zamanı az qala təyyarədən trapından yığılacaqdı. Amerika mətbuatının yazdığına görə, Ağ Ev rəhbəri yeni il tətilindən sonra Delaver ştatının Uilminqton şəhərindən qayıdırmış. O, Vaşinqtona enməli idi, lakin çovğun səbəbindən Endryus hərbi bazasına endirilməli olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə