Ata oğluna sillə vuran dostunu öldürüb

Ata oğluna sillə vuran dostunu öldürüb

Türkiyənin Bursa şəhərində içki içdiyi 45 yaşlı dostu Taner Durqutu 12 yaşlı oğlunu sillələdiyi üçün bıçaqlayaraq öldürən 42 yaşlı Mustafa Tezcan həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Taner Durqutun Tezcanın oğluna şillə vurması ilə mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevrilib. Tezcan mətbəxdən götürdüyü bıçaqla Taner Durqutu bədəninin müxtəlif nahiyələrindən yaralayıb. Durqut qan içində yerə yıxılan zaman Tezcan polisə zəng edərək dostunu öldürdüyünü bildirib.

Ünvana gələn təcili tibbi yardım briqadası Taner Durqutun öldüyünü müəyyən edib. Durqutun cəsədi müayinədən sonra Bursa Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb. Mustafa Tezcan polis tərəfindən saxlanılıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə