Hündürdaban ayaqqabıların ayaqlara bir sıra mənfi təsirləri var. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ortopediya və Travmatologiya üzrə Türkiyəli Əli Tufan Güləşçi: "Hündürdaban ayaqqabılar modanın vazkeçilməz bir parçası olmağa davam edir, qəşəng və estetik görünüşü ilə qadınlar tərəfindən tez-tez seçilir. Ancaq ayaq sağlamlığına mənfi təsirləri olduğu üçün tez-tez və ya davamlı istifadə edildiyi təqdirdə diz, omba və bel bölgəsinə müxtəlif mənfi təsirləri də var. Əvvəla, ayaq biləyinin əyilməsi və topuq sınığı nəticəsində yaranan yumşaq toxuma zədələri daha çox hündürdaban ayaqqabı geyinənlərdə olur. Hündürdaban ayaqqabı geyindikdə bədən çəkisi irəliyə doğru sürüşür, yeriş kinematikası pisləşir, ayaq ön və ayaq barmaqları normadan çox yüklənir".
Onun fikirlərinə görə, qadınlar hündürdaban ayaqqabıları yalnız özəl günlərində isdifadə etsələr daha məqsədəuyğun olar.
Bütün xəbərlər Facebook səhifəmizdə