Gürcüstanda ötən ilin dekabr ayında inflyasiya əvvəlki ayla müqayisədə 0,3 faiz, illik inflyasiya isə 13,9 faiz təşkil edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, inflyasiyanın artımı bir sıra xidmət və məhsulların qiymətlərinin bahalaşmasına səbəb olub. Keçən il kommunal xidmətlərin qiymətləri 43,5 faiz, nəqliyyat xərcləri 17,3 faiz, mehmanxana və restoran xidmətləri 14 faiz, səhiyyə xərcləri isə 7,9 faiz artıb. Ən çox qiymət artımı ərzaq məhsullarında qeydə alınıb – 15,6 faiz.
İl ərzində ölkədə bitki yağlarının qiyməti 24,5 faiz, tərəvəz 20,7 faiz, çörək və un məmulatları 20,2 faiz, şəkər 19,8 faiz, yumurta və süd 15,3 faiz, ət və ət məhsulları 10,2 faiz, balıq məhsulları 16,5 faiz bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB