Ukraynaya “qalib gəlməyin” yolu təklif edilib RUSİYA İLƏ MÜHARİBƏDƏ

Ukraynaya “qalib gəlməyin” yolu təklif edilib RUSİYA İLƏ MÜHARİBƏDƏ

Ukrayna Rusiya ilə mümkün müharibədə qalib gəlmək üçün “oyun oynamalıdır”. SİA xəbər vrir ki, bunu “Ukrayna 24” telekanalının efirində ölkənin keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

Siyasətçi hakimiyyəti Qərb tərəfdaşlarını öz tərəflərinə çəkməyə çağırıb.

"Söz veriləni yerinə yetirmək lazım gəlir. İstəmədiyimiz və edə bilməyəcəyimiz şeylərdən söhbət gdir. Hörmət və güvən məsələsi indi bizi çox incidir", deyə keçmiş xarici işlər naziri Pavel Klimkin izah edib.

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri həmçinin Rusiyanın istifadə edə biləcəyi səhvlərə yol verməməyə çağırıb və qeyd edib ki, o zaman yeni il nisbətən sakit keçəcək.

Xatırladaq ki, son zamanlar Qərb mediası və Kiyev mütəmadi olaraq Ukraynaya “işğal” hazırlamaqda Rusiyanı ittiham edir. Kreml isə hesab edir ki, bu cür ittihamlar yalnız Rusiya sərhədləri yaxınlığında NATO qüvvələrinin artırılması üçün bəhanə kimi istifadə olunur. Moskva dəfələrlə vurğulayıb ki, ölkə heç kəsi təhdid etmir və heç kimə hücum etmək fikrində deyil və qoşunların Rusiya ərazisindən keçməsi heç kimi narahat etməməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə