Peyvənddən imtina edən hərbçiləri cəzalandırmaq barədə QADAĞA QOYULUB

Peyvənddən imtina edən hərbçiləri cəzalandırmaq barədə QADAĞA QOYULUB

ABŞ-ın federal hakimi Müdafiə Nazirliyinə koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən dəniz qüvvələrini cəzalandırmaq hüququnu rədd edən ilkin qadağa qoyub. SİA xəbər vrir ki, bu barədə Washington Post qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, qərar, qeyri-kommersiya təşkilatı olan First Liberty İnstitutunun 35 Hərbi Dəniz Qüvvələri personalı və üç ehtiyatda olan hərbçi adından noyabr ayında ABŞ prezidenti Co Bayden, müdafiə naziri Lloyd Ostinə, Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toroya və Müdafiə Nazirliyinə qarşı məcburi qaydada məhkəmə iddiası qaldırdıqdan sonra verilib. İşçilər sonradan işdən çıxarılma təhlükəsi olmadan dini zəmində peyvəndlərdən azad edilmələrini tələb ediblər.

Bölgə hakimi Rid O'Konnora görə, pandemiya hökumətə hər bir amerikalının istifadə etdiyi azadlıqları pozmaq hüququ vermir və hərbi qulluqçular dini səbəblərə görə peyvənddən yayınmaq hüququna malikdir.

"Dini azadlıqların itirilməsi Hərbi Dəniz Qüvvələrinə gələcək hər hansı zərərdən üstündür. Hətta ən ağır vəziyyətlər də konstitusiya hüquqlarının itirilməsinə haqq qazandıra bilməz", deyə qəzet hakimin sözlərindən sitat gətirib.

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Müdafiə Nazirliyi bu göstərişdən xəbərdardır və onu nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin avqustun 25-də bütün ABŞ hərbçilərinin COVID-19-a qarşı tam peyvənd edilməsinə dərhal başlanmasını əmr edib. Hərbi qulluqçular iki fazalı COVID-19 peyvəndinin ikinci komponenti tətbiq edildikdən iki həftə sonra və ya birfazalı peyvəndin bir dozası tətbiq edildikdən iki həftə sonra tam peyvənd edilmiş hesab olunurlar.

Oktyabrın ortalarında ABŞ Hərbi Dəniz Qüvvələri noyabrın 28-dək tam koronavirus peyvəndi almamış hərbçilərin işdən çıxarılacağını açıqlamışdı. Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan əsgərləri üçün tam peyvəndlər üçün son tarix 28 dekabr idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə