Şəhər rəhbərliyi Çinin cənubundakı Quizhou əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayının artdığını bildirib. SİA xəbər verir ki, bu məlumatı fövqəladə vəziyyətin baş verdiyi Bijie şəhərinin administrasiyası verib.
Yenilənmiş məlumatlara görə, 10 nəfərə qədər insan ölüb, daha 4 nəfər itkin düşüb. Daha əvvəl bildirilib ki, hadisə Huajie şəhərində tikinti işləri zamanı qeydə alınıb.
Xilasetmə əməliyyatlarına və itkin düşənlərin axtarışına mindən çox insan cəlb olunub. Üç zərərçəkən xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, ötən il dekabrın sonunda Myanmada mədən çökməsi nəticəsində 80-ə yaxın insanın itkin düşdüyü bildirilmişdi. Qayanın əhəmiyyətli bir hissəsi dağılıb. Mədənin girişi bağlanıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB